XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 04:46

Qarabağ üzrə məruzəçi Türkiyə vətəndaşı oldu
Qarabağ üzrə məruzəçisi Türkiyə vətəndaşı oldu
Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ məruzəçisi Robert Valter Türkiyə vətəndaşlığı alıb. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlut çavuşoğlu Londona səfəri zamanı şəxsən imzaladığı Türkiyə pasportunu Robert Valterə təqdim edib.
“Onun özü Türkiyə vətəndaşı olmaq istədi və biz də bu prosesi sürətləndirdik”, – deyə nazir Türkiyənin Londondakı səfirliyində keçirilən mərasimdə söyləyib. Valter isə türkcə çıxış edərək həyat yoldaşı Fəridə xanımla Türkiyədə gözəl günlər keçirməyi səbirsizliklə gözlədiyini deyib: “Bu gün türkiyəli oldum. çox xoşbəxtəm”.
Qeyd edək ki, R. Valterin həyat yoldaşı Fəridə xanım türkdür və onlar 2011-ci ildə ailə həyatı qurublar. Britaniyalı parlamentarın Türkiyə vətəndaşı olması Ermənistan mətbuatında ciddi səs-küyə səbəb olub.