XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Aprel 2016 - 10:44

Ekvadorda yenəzəlzələ oldu

zelzele-Ekvador

Ekvadorda yenidən 5,6 bal gücündə zəlzələ baş verib.

Dərinliyi 40 kilometr təşkil edən zəlzələnin episentri Mompiç şəhərindən 30 kilometr şimal-qərbdə yerləşir.

Aprelin 16-da Ekvadorda baş vermiş güclü zəlzələdən sonra yeraltı təkanların ümumi sayı 714-ə çatıb. Yeraltı təkanların hələ də davam etdiyi bildirilir.

1979-cu ildən indiyədək ölkədə baş verən ən güclü zəlzələ nəticəsində ölənlərin sayı 602-yə çatıb. 7,8 bal gücündə olmuş bu zəlzələnin episentri ölkənin şimal-qərbindəki Pedernales şəhərində yerləşib. Zəlzələ nəticəsində 12,5 min insan zərər çəkib.

Ölkəyə dəyən zərərin miqyası milyardlarla dollar ölçülür. BMT və Ekvador hökuməti dünya ictimaiyyətinə müraciət edərək zəlzələ zamanı zərər çəkmiş şəxslərə yardım məqsədilə 72,7 milyon dollar kömək istəyib(azərtac).