XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Aprel 2016 - 17:57

İran neft hasilatına dair investisiyalarınıdavam etdirəcək

iran qazı

İran neft hasilatına dair investisiyalarını “qara qızılın” istehsalın həcminin sanksiyalardan əvvəlki səviyyəyə çatanadək artırmağa davam etdirəcək.

Azərtac “shana.ir”a istinadla xəbər verir ki, İranın neft naziri Bijən Namdar Zəngənə ölkəsinin qlobal neft bazarını tənzimləməyə və sabitliyi bərpa etməyə istiqamətlənən bütün addımları dəstəklədiyini deyib. Bildirib ki, İranın neft istehsalı sanksiyalardan əvvəlki səviyyəyə yaxınlaşır. Neftin qiymətindəki artımdan isə həm istehsalçılar, həm də istehlakçılar faydalanacaq. İranın neft hasilatı yanvar ayından bu vaxtadək gündəlik 1 milyon barrel artıb.