XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Aprel 2016 - 10:33

İspaniya La Liqası:ilk "üçlüyün" xalları

14614579996400956489_1000x669

İspaniya La Liqasında 35-ci turun növbəti oyun günü hər üç liderin qələbəsi ilə xarakterik olub.

Aprelin 23-də keçirilən qarşılaşmalarda “Real” (Madrid) “Rayo Valyekano”ya rəqib meydançasında 3:2, “Atletiko” (Madrid) isə öz meydanında “Malaqa”ya 1:0 hesabı ilə qalib gəlib. “Barselona” klubu “Sportinq”i darmadağın edib – 6:0.

Beləliklə, La Liqada liderlər bir-birini daban-dabana izləyir. “Barselona” və “Atletiko” 35 turdan sonra 82 xalla turnir cədvəlinin ilk iki pilləsini, “Real” isə 81 xalla üçüncü yeri tutur(azərtac).