Ekvadordakı zəlzələdə həlak olanların sayı 646-ya yüksəlib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 8 günlük matəm elan olunub.
7.8 ballıq zəlzələ nəticəsində 12,5 min insan xəsarət alıb, 130 nəfər itkin düşüb, 113 nəfəri isə dağıntılar altından xilas etmək mümkün olub.
Bu, 1979-cu ildən bu yana Ekvadorda baş verən ən güclü zəlzələ hesab olunur.