XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Aprel 2016 - 11:21

Vaşinqton metrosunda tüstülənmə:şahidlər partlayışdan danışır

abs polis

Dünən axşam saatlarında Vaşinqton metrosunda növbəti insident yaşanıb: Tenlitaun stansiyasında güclü tüstülənmə baş verib.

Azərtac xəbər verir ki, ilkin versiyaya görə, insidentə yollardan birində izolyasiya materiallarının yanması səbəb olub. Sərnişinlər vahiməyə düşüblər. Bəzi şahidlər hətta partlayış səsi eşitdiklərini deyirlər.

Metronun Tenlitaun stansiyasının yerləşdiyi “qırmızı xətdə” qatarların hərəkəti tam dayandırılıb və sərnişinlər evakuasiya olunub. Onların daşınması üçün xüsusi avtobuslar ayrılıb.

Yanğınsöndürənlər hazırda stansiyanı və tuneli havalandırırlar. Xəsarət alanların olmadığı bildirilir.