XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 06:39

Rusiyadan ermənilərə köçürülən pullar azalır

pul-22.jpg

Rusiyadan Ermənistana qeyri-komersiya məqsədilə fiziki şəxslərə köçürülən pullarda azalma müşahidə olunur. Bu barədə Ermənistan Mərkəzi Bankı məlumat yayıb. Aprel ayında Ruisyadan qeyri-komersiya məqsədilə fiziki şəxslərə 70.4 mln. dollar köçürülüb. Bu ötən ilin aprel ayı ilə müqayisədə 35 faiz azdır. Ermənistan Mərkəzi Bankının məlumatına görə, Rusiyadan bu ölkəyə maliyyə köçürmələri 2014-cü ildə 10.7 faiz azalaraq 1.4 mlrd dollar təşkil edib. Maliyyə köçürmələri 2009-cu ildən bəri ilk dəfədir ki, bu qədər azalır.

Mərkəzi Bank 2015-ci ildə Rusiyadan Ermənistana pul köçürmələrinin 25 fazi azalacağını proqnozlaşdırır.

Strateq.az