XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 07:40

Saakaşvili Odessada “təmizliyə” başladı

“Hakimiyyətdə islahatlar strukturda rüşvətxorluğa görə vacibdir”.

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin cari qubernatoru Mixail Saakaşvili bəyan edib ki, vilayətin 27 rayon başçısından 24-nü işdən azad etməyə hazırdır.

Oxu.az bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

“Burada cəmi 27 rayon var. Buradan üç qubernator vəzifəyə yeni təyin edilib, 24-nü işdən azad edirəm, daha dəqiq müsabiqə nəticələrinə görə yeni komanda yığırıq. Mən yalnız Odessa üzrə deyil, ümumukrayna müsabiqəsi elan edirəm”, – o, “Rustavi 2” gürcü telekanalına verdiyi müsahibəsində deyib.

O qeyd edib ki, hakimiyyətdə islahatlar strukturda rüşvətxorluğa görə vacibdir.

Onun sözlərinə görə, əgər kimsə zəng edib, məmuru işdə saxlamağı xahiş edirsə, ilk olaraq həmin məmur işdən azad edilir.