XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2016 - 15:25

“İsraillə danışıqların son mərhələsindəyik” –Türkiyədən rəsmi açıqlama

ibrahim-kalin

"İsraillə bir müddətdir davam edən danışıqların son mərhələsindəyik".

Bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbarhim Kalın aprelin 25-də keçirdiyi həftləik brifinqdə bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda daha bir görüşün keçirilməsi planlaşdırılır: "Fələstin torpaqlarında, o cümlədən Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atılacağını gözləyirik"(Report).

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri hücum etmişdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 dinc vətəndaşı öldürülmüşdü. Həmin tarxidən iki ölkə arasındsa münasibətlər pozulub.