XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

25 Aprel 2016 - 19:23

İranda şist nefti və qazıaşkarlanıb

neft

İran özünün şist nefti və şist yatağı olan ölkələrin sırasına daxil olub. Bu barədə İranın Elmi-Tədqiqat Neft Sənayesi İnstitutunun nümayəndəsi Məhəmməd Rza Kamali bildirib.

Azərtac xəbər verir ki, Oman dənizinin dibində nəhəng qaz hidratı ehtiyatları aşkarlanıb. Bundan başqa, ölkə hökuməti İranın qərbində yerləşən Lorestan əyalətində şist qazının aşkar edilməsi üzrə layihəni praktiki olaraq sona çatdırıb. Burada artıq qeyri-ənənəvi qaz yataqları aşkar olunub.

Analoji tədqiqatlar cənubda yerləşən və ölkənin ən böyük neft yataqlarının cəmləşdiyi Xuzistan əyalətində də aparılır. İran neft və şist qazı nöqteyi-nəzərindən böyük imkanlara malikdir.

Xatırladaq ki, bu əsrin əvvəlindən ABŞ-da frekinq kimi üsuldan istifadə edərək enerji resurslarının hasil olunması ilə dünya neft bazarını ciddi şəkildə dəyişən və enerji resurslarının qiymətinin ucuzlaşmasına gətirib çıxaran “şist inqilabı” başlayıb. Frekinq – enerji resurslarının, o cümlədən şist qazının “Layın hidrodeşilməsi” yolu ilə hasilatıdır. Bu texnologiya bəzi ekspert və ekoloqlar tərəfindən tənqid olunub və bir sıra ölkələrdə, həmçinin Nyu-York və Vermont ştatlarında qadağan edilib.