XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 07:36

Yerevanda avtobus salona qoyulmuş partlayıcı qurğunəticəsində partlayıb

 

ermeni avtobus

Ermənistan prezidenti Serj Sərksiyan polisə təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb. Aprelin 25-də axşam Yerevanda avtobus partlayıb, azı 2 sərnişin həlak olub, 7 nəfər yaralanıb.

Hələlik partlayışın səbəbi bəlli deyil. Ermənistan polisinin sözçüsü bomba ehtimalıyla bağlı deyib ki, “bunu söyləməyə hələ tezdir”. Polisin rəhbəri Vladimir Gasparian isə bu ehtimalı istisna etməyib.

Partlayışın avtobusdakı oturacaqların ikinci cərgəsində baş verdiyi bildirilir.

Hadisə yerində olan Frans Press agentliyinin müxbiri avtobusun tamamilə dağıldığını, partlayışdan yaxınlıqdakı evlərin şüşələrinin qırıldığını xəbər verir.

Son məlumata görə, avtobusa partlayıcı qurğu qoyulduğu müəyyən olunub. Bomba avtobusun oturacağının altına qoyulubmuş.