XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 10:29

Barak Obama:"Putin səhv edir"

obama-222

“Prezident Vladimir Putin səhvən NATO, Avropa İttifaqı və transatlantik həmrəyliyi Rusiya  hakimiyyətinə qarşı təhlükə hesab edir”

Bu barədə ABŞ-ın “CBS” kanalına müsahibəsində ABŞ prezidenti Barak Obama bildirib. O, Putinin səhv etdiyini də deyib.

Onun sözlərinə görə,  güclü Rusiya ilə işləyən, güclü və birləşmiş Avropanın “düzgün resept” olduğunu Putinin diqqətinə çatdırıb.

Bu açıqlamaları B.Obama Avropadakı miqrant böhranını müzakirə edərkən verib.  Qeyd edib ki, bu yalnız Avropanın deyil, ABŞ-ın da problemidir.

Obama qeyd edib ki, miqrantların axını fonunda Avropada ultramillətçi qüvvələr güclənir, bu isə Avropa həmrəyliyinə təhlükə yaradır.  Bir çox hallarda isə bu Putin kimi insanlar tərəfindən istismar edilir.

Bundan əvvəl, bu günlərdə Avropa turnesi zamanı Hannoverdə Almaniya, Britaniya, Fransa və İtaliya liderləri ilə görüşü zamanı Obama qeyd etmişdi ki, Rusiya dünya ilə əməkdaşlıq etməlidir, öz qonşularını qorxutmalı deyil.

Strateq.az