XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 20:14

Rusiya vətəndaşlarının 72 faizininxarici pasportu yoxdur

rusiya

Rusiyanın "Levada" sosioloji təhlil mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən ölkə vətəndaşlarının cəmi 28 faizinin xarici pasportu var.

BBC xəbər verir ki, xarici pasportu olanlar arasında müəssisə rəhbərlərinin, 25-40 yaş arasında olanların, ali təhsillilərin və ümumilikdə kişilərin sayı daha çoxdur.

Ötən 2 il ərzində xarici pasportu olmayanların sayı isə bir qədər artaraq 72 faizə çatıb.

Rusiyalıların əksəriyyəti heç zaman keçmiş SSRİ xaricindən kənarda olmayıb. Rəyi soruşulanların 72 faizi xaricdə işgüzar səfərdə olub, 59 faizi isə istirahətə gedib.

Rusiyanın 48 regionunun 137 yaşayış məntəqəsində keçirilən sorğuda 800 nəfər iştirak edib.

"Levada"nın yanvar ayında keçirdiyi sorğunun nəticələrinə əsasən, ölkə əhalisinin 70 faizi təhlükəsizliyə görə, xarici səfərlərdən imtina etməyi düzgün sayır.