XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2016 - 09:45

Hillari Klinton ilkin seçkidə4 ştatda qalib gəlib

hillari.jpg

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin ilkin mərhələsi davam edir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, növbəti praymerizlər ötən gün ölkənin 5 ştatında – Rod Aylend, Delaver, Konnektikut, Pensilvaniya və Merilend ştatlarında keçirilib.

Keçirilən praymerizlərdə  demokratlardan Hillari Klintonun 4 ştatda – Delaver, Pensilvaniya, Merilend və Konnektikutda qələbəsi artıq təsdiqlənib.

Demokratların düşərgəsindən digər namizəd Berni Sanders Rod Aylenddə qələbə qazanıb.

Xəbər verildiyi kimi,  praymerizlərdə respublikaçılardan Donald Tramp qeyd olunan 5 ştatın hamısında qələbə qazanıb.