XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2016 - 10:13

Krım tatarlarının təşkilatıqadağan edilib

Krim-tatarlari

Krımın Ali Məhkəməsi krım-tatar xalqının Məclisini ekstremist təşkilat tanıyıb və Rusiya ərazisində onun fəaliyyətini qadağan edib.

Beləliklə, məhkəmə yarımadanın ilhaqından sonra Moskvanın təyin etdiyi prokuror Natalya Poklonskayanın iddiasını təmin edib.

İyun ayında prokurorluq Məclisin fəaliyyətinin dayandırılmasını tələb etmişdi. Bunun ardınca Ədliyyə Nazirliyi krım-tatarlarının qurumunu ekstremizmə görə fəaliyyəti qadağan edilmiş təşkilatlara aid etmişdi. 

Çərşənbə axşamı məhkəmədə çıxış edən prokuror Məclisin müstəqil qurum olmadığını deyib.

Natalya Poklonskaya Məsclis liderlərini Qərbin “əlində kukla” adlandırıb.

Məclisin sədr müavini hökmə etiraz edib. Nəriman Cəlalov deyib ki, təşkilat beynəlxalq qurum olduğuna görə ölkə daxilində qadağan edilə bilməz.

Məclis 1991-ci ildə yaradılıb. O, krım-tatarları Qurultayının icra strukturudur. Məhkəmədə Məclisi təmsil edən vəkil Cəmil Temişev hökmə qarşı apellyasiya ilə çıxış edəcəyini deyib. Məclisin hazırkı lideri Refat Çubarova və təşkilatın sədri olmuş Mustafa Cəmileva 2014-cü ildən Rusiyaya daxil olmaq qadağan edilib. Onların hər ikisi Kiyevdə yaşayır. Rusiya prokurorluğu Çubarova və Cəmileva qarşı bir neçə cinayət işi açıb.

Nariman Cəlalov bildirir ki, qadağa barədə hökm təşkilat üçün "fəlakət olmayıb", hərçənd ki, məhkəmə hökmü Rusiyanın beynəlxalq imicinə mənfi təsir göstərəcək.

BBC