XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2016 - 10:35

ABŞ-da praymeriz:Tramp 5 ştatda qalib olub

tramp

Respublikaçılar partiyasından olan Donald Tramp ABŞ-ın beş şimal-şərq ştatında keçirilən praymerizdə, demokrat Hillari  Klinton isə 5 ştatdan dördündə qələbə qazanıblar.

Çərşənbə axşamı Merilend, Konnektikut, Pensilvaniya, Delaver və Rod-Aylenddə ilkin seçkilər üçün səsvermə başa çatıb.

İlkin məlumatlara görə, milyarder Donald Tramp beş ştatın hər birində 50 faizdən çox səs toplayıb.

Bu yekunlarına görə, iyulun 18-21-də Klivlenddə respublikaçılar qurultayında 172 konqres nümayəndəsi noyabrda keçiriləcək prezident seçkilərində partiya adından kimin rəsmi namizəd olacağına qərar verəcək.

ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində partiyalarda daxili namizəd seçkiləri keçirilir. Bu prosesin əsas məqsədi noyabr ayında aralarında əsas mübarizə gedəcək iki aparıcı partiyanın namizədlərini müəyyən etməkdir.

Həftənin əvvəlində ABŞ prezidentliyinə digər iki respublikaçı namizəd Ted Kruz və Con Kasic  bildiriblər ki, yürüşdə liderlik edən Trampa qarşı əməkdaşlıq barədə razılığa gəliblər. Onlar qarşıdan gələn İndiana, Oreqon və Nyu-Meksiko ştatlarında praymerizdə bir-birinə kömək üçün birləşəcək.

Donald Tramp qələbəni qeyd edərək özünü respublikaçılardan "ehtimal edilən namizəd" adlandırıb.

Demokratlar partiyasından Hillari Klinton 4 ştatda qələbə qazanıb, onun rəqibi Berni  Sanders isə Rod-Aylenddə qalib olub.

Cənab Sanders praymeriz prosesinin sonuna qədər mübarizə aparmağa söz verib.

Bu ilin noyabrın səkkizində amerikalılar Demokrat partiyasından ABŞ-da iki prezidentlik müddəti hakimiyyətdə olmuş Barack Obama-nın xələfini seçəcək.

Strateq.az