Səudiyyə Ərəbistanından olan biznesmen Misirdə naməlum şəxslər tərəfindən oğurlanıb.
Yerli KİV-lərin yazdığına görə, Misirin meyvə istehsalı və ixracı ilə məşğul olan şirkətinin tərəfdaşı olan Səudiyyə Ərəbistanı vətəndaşı Həsən əl-Sanat vətənə qayıdarkən Qahirə aeroportuna gedən İsmailiyyə-Qahirə yolunda oğurlanıb. İlkin məlumata görə, bir qrup silahlı sahibkarın maşınının saxlayaraq, onu naməlum istiqamətdə aparıb.
Səudiyyəli biznesmenin oğurlanmasının araşdırılmasına Misirin təhlükəsizlik qüvvələri və kriminal polisi cəlb edilib(azərtac).