XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

27 Aprel 2016 - 22:36

Türkiyədəki partlayışda yaralananlarınsayı 13-ə çatdı

terror bursa

Bursa şəhərindəki tarixi Ulu Caminin yaxınlığında partlayışı törədən terrorçu qadın kamikadze həlak olub. Yaralananların sayı isə 13-ə çatıb.

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında 13 yaralının hamısının xəstəxanalara yerləşdirildiyini və vəziyyətlərinin normal olduğunu bildirib. Nazir partlayışdan sonra xəstəxanalara müraciət edənlərin sayının ümumilikdə 20-dək olduğunu deyib.

Partlayışdan dərhal sonra Türkiyənin Baş naziri Əhməd Davudoğlu daxili işlər naziri Efkan Ala və Bursa valisi Münir Karaloğlu ilə telefon əlaqəsi yaradaraq vəziyyəti müzakirə edib.