BMT Təhlükəsizlik Şurası (TŞ) sabah Ukraynaya görə bir araya gələcək.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, toplantıda Rusiyanın Ukraynaya qarşı aqressiyası müzakirə olunacaq.
Ukraynanın tələbi ilə çağırılan iclas Nyu-Yorkda keçiriləcək.
Prezident Pyotr Poroşenko iclasın Ukrayna ilə vaxtı ilə saat 22-də başlayacağını bildirib. Poroşenkonun sözlərinə görə, Ukraynanın şərqində vəziyyətin gərginləşməsi və Rusiyanın Minsk sazişini yerinə yetirməkdən boyun qaçırması iclasını çağırılmasını zəruri edib.