XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2015 - 08:09

Aparıcı iqtisadçı: “Dünyanı xilas etmək üçün altı ay vaxtımz var”

BMT-nin özəl müşaviri və Yer kürəsi İnstitutunun direktoru (Kolumbiya universiteti), beynəlxalq inkişaf sahəsində dünyanın aparıcı ekspertlərindən sayılan Cefri Saks bildirdi ki, “Dünya ölkələri hökumətlərinin növbəti altı aydakı görüşlər silsiləsinqə qəbul ediləcək qərarlar planetin gələcək təhlükəsizliyinin təmin edilməsində həlledici önəm kəsb edəcək”.

Onun sözlərinə görə, iyul, sentyabr və noyabra təyin edilmiş əsas görüşlər “durumu islah etmək üçün bizim nəsilə ən yaxşı fürsət yaradır”.

İqtisadçı Əddis-Əbəbədəki “İnkişaf naminə maliyyələşdirmə” (Financing For Development), Nyu-Yorkda qəbul edilmiş yeni “Dayanıqlı inkişafın vəzifələri”nin (Sustainable Development Goals) qəbulu və BMT-nin Parisdəki iqlimin dəyişilməsi və ətraf mühitin qorunması üzrə konfransını kürəsəl fəlaiyyət planının biçimlənməsi üçün önəmli hesab edir.

Professor Saks BMT baş katibi Pan Gi Munun BMT-nin 2000-ci ildə qəbul edilmiş və 2015-ci ildə yetişilməli olan yoxsulluqla mübarizə üzrə bir sıra kürəsəl vəzifələr – “Minilliyin bəyannaməsi”ndə ifadə edilmiş məqsədlər üzrə özəl müşaviridir. Bu vəzifələri 2030-cu ilədək ağır yoxsulluğun kökünü kəsməli olan “Dayanıqlı inkişafın vəzifələri” əvəz edəcək.

Cefri Saks bütün dünya üzrə qeyri-sağlam qidalanma ilə bağlı problemi özəlliklə vurğuladı: “Bir sıra hallarda sadə tövsiyələrdən daha dərinə getmək istərdik – özəlliklə inqilabi yolla getmək istəyərdik və yaxud təhlükəli məhsullara qarşı yüksək vergilər tətbiq edib irimiqyaslı vergi rejimi yaratmaqla siqaretlərlə bağlı halla etdiyimiz kimi”.

Kris Qrin

“Independent”, 3. 06. 2015