XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 08:22

“Nəinki Odessanı, Odessa vasitəsilə Rusiyanı dəyişəcəyik” – Mixail Saakaşvili
“Odessa şəhəri və vilayətinin inkişafı nəinki regiondakı siyasi əhvalı, Rusiyanı da dəyişəcək”
Rusiya mətbuatının verdiyi məlumata görə, sabiq Gürcüstan prezidenti, Odessanın yeni qubernatoru Mixail Saakaşvili belə deyib : “Odessa bir çox rusun mentalitetində, o cümlədən imperiya əhval-ruhiyyəli şəxslər tərəfindən tarixi irs kimi qəbul olunur. Onlar üçün rus ruhunun, “rus dünyası”nın bir hissəsidir. Ruslar Odessada baş verən hər şeyə qarşı həssasdırlar. Əgər onlar odessalıların uğurlarını, regionun necə inkişaf etdiyini görsələr, bu Rusiyanın özünə nəhəng təsir göstərəcək”.
Saakaşvili deyir ki, ruslar bura öz keçmişləri kimi baxdıqlarından sarı-mavi Ukrayna bayrağının dalğalanması onlara ağır gəlir. Bu səbəbdən Poroşenkonun qərarı strateji qərar idi.