XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 13:02

Rusiya kommunistləri milyarderi hədəfə götürüblər

soros.jpg

Rusiya Dövlət Dumasında Kommunist Partiyasını təmsil edən deputatlar Valeriy Raşkin və Sergey Obuxov Baş Brokurorluğa müraciət edərək “Açıq Cəmiyyət”- Soros Fondunun ölkə ərazisində fəaliyyətinin dayandırılmasını xahiş ediblər. Kommunist deputatlar, həmçinin Xarici işlər və Ədliyyə nazirlikliklərinə də müraciət ediblər.

Müraciətdə bildirilir ki, Soros Fondunun Rusiya əleyhinə faəliyyitinə son qoymaq lazımdır. Bu fondun Rusiyadakı fəaliyyəti Gürcüsatn və Ukraynada olduğu kimi destruktiv forma alamaqdadır: “Fond onilliklər ərizində ardıcıl olaraq ölkə daxilində və digər dövlətlərdə Rusiya əleyhinə fəaliyyət aparır. Fondun yaradıcısı Corc Soros Sovet İttifaqının dağılmasında, “narıncı inqlablar”ın təşkilində və Ukrayna hadisələrinə öz rolunu gizlətmir”.

Ruisya presidentinin mətbuat katibi Dmitriy Peskov kommunist deputatların bu müraciətini şərh edərək bildirib ki, bu addım Kremllə razılşadırılmayıb. Onun sözlərinə görə, deputatların bu təşəbbüslə çıxış etmək hüququ var və burada heç bir halda prezident, yaxud prezident administrasiaysı ilə razılaşdırmaq şərtlərindən söhbət getmir.

Peskov əlavə edib ki, əgər təşəbbüs irəli sürülübsə o, mütləq əsaslandırılmalıdır: “Mənə onların arqumentləri barədə heç nə məlum deyil. Buna görə heç nə deyə bilmərəm”.

Starteq.az