XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Aprel 2016 - 21:49

“Rusiyanın Qafqazdakı addımları onun inkişafına növbəti 25 il təsir edəcək” –ABŞ-ın müdafiə nazirinin müavini 

maykl-ko-abs

"Qara dəniz və Cənubi Qafqaz son illər ərzində Rusiyanın aqressiv siyasəti ucbatından daha həssas olub".

Bunu “Bild” qəzetinə açıqlamasında ABŞ Müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter söyləyib.

Onun sözlərinə görə, Rusiya bu regionda fəaliyyət üçün çoxsaylı metodlardan istifadə edib. O, məhz bu iki regionun Rusiyanın qayıdışından daha çox əziyyət çəkdiyini bildirib:

“Rusiyanın 2008-ci ildə Gürcüstana və iki il bundan əvvəl Ukraynaya hücumu göstərdi ki, Moskva dünya düzəninin əsas prinsiplərinin heç birinə məhəl qoymur. Rusiya heç bir bölgəyə Cənubi Qafqaz və Qara dəniz qədər təsir etməyib. Onlar buraya energetika, informasiya, hərbi, siyasi, iqtisadi və digər yollarla müdaxilə etməyə çalışırlar. Rusiya Donbasa hücum edəndə biz bu bölgə ilə bağlı siyasətimizə yenidən baxmağa məcbur olduq. Rusiyanın bugünkü addımları onun gələcək inkişafına növbəti 25 ildə təsir edəcək”. 

Axar.az