XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2016 - 11:32

ABŞ Gülnarə Kərimovadan “yuyulmuş”550 milyon dolları tələb edir

kerimova

ABŞ-ın ədliyyə Departamenti Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovadan pulların yuyulması üzrə əməliyyatların gedişində İsveçrə banklarına gedib çıxmış 550 milyon dolları qaytarmağı tələb edir.

Strateq.az xarici nəşrə istinadən bildirir ki, Kərimovanın məsuliyyətə cəlb edilməsi haqda sorğu ABŞ ədliyyə Departamenti tərəfindən Manhetten federal məhkəməsinə aprelin 21-də göndərilib. Sənəddə deyilir ki, “Kərimova və onun qrupu” ABŞ hökumətinin “pulların yuyulması üzrə beynəlxlaq işbirliyi”nə aid və İsveçrə banklarında həbs edilmiş 550 milyon dollardan çox pulu təhvil vermək tələbini yerinə yetirməkdən imtina edib.