İran prezidentindən Bəşər Əsədə növbəti dəstək
İran prezidenti Həsən Ruhani növbəti dəfə Əsəd rejimini dəstəkləyən açıqlama verib. Ruhani Suriyada terrorçu qruplardan istifadə etməyə çalışanların terrorun hədəfi olacağını da bildirib: «Təəssüf ki, bölgədəki bəzi ölkələr səhv addım atırlar. öz maraqları naminə terrorçu qruplardan istifadə edə biləcəklərini düşünürlər. Amma gec və ya tez terror onlara da yol tapacaq». Türkiyə mətbuatının yazıdığına görə, Ruhani bu açıqlamasında rəsmi Ankaranı nəzərdə tutub.
Ruhani Tehranın öz imkanları daxilində Suriyaya dəstəyini davam etdirəcəyini də deyib: «Tehran Suriya qarşısındakı məsuliyyətini unutmayıb».
Qeyd edək ki, Suriya rejiminə müxalif qrupları dəstəkləyənlər arasında Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə də var.
Azadlıq.info