XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 18:25

Barselonada yeni turist vergisitətbiq edilə bilər

barselona_250414_07

Barselona hakimiyyəti turistlər üçün yeni verginin tətbiqinə hazırlaşır. Bu barədə "El Pais" qazeti xəbər verir.

Barselona Şəhər Şurasının nümayəndəsi Qala Pen bildirib ki, planlara görə, yeni vergi Barselonaya 1 sutkadan az müddətə gələn və hotellərdə qeydiyyatdan keçməyən turistlərə şamil olunacaq. Söhbət dəniz kruizləri vasitəsilə və ya 1 günlük ekskursiyalara gələnlərdən gedir.

Hazırda vergiyə yalnız Barselonaya 12 saatdan çox müddətə gələn dəniz kruizlərinin sərnişinləri cəlb edilir. Vergidən vayınmaq üçün kruiz gəmilərinin əksəriyyəti 12 saat tamam olmamış şəhəri tərk edirlər.

Qeyd edək ki, il ərzində Barselona 8 milyon turist qəbul edir və bu statistika yalnız hotellərdə rəsmən qeydiyyatdan keçənləri əhatə edir(trend).