XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 19:03

Yanukoviçə Rusiya vətəndaşlığı verilib?- Kremldən açıqlama

yanukovic

Kreml Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə Rusiya pasportunun verildiyi ilə bağlı «Transparency International»ın yaydığı xəbəri təsdiqləməyib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı suala kinayəli cavab verib: «Düşünmürəm ki, «Transparency International» vətəndaşlığın verilməsi ilə məşğul olur və bu sahədə bilgiyə sahibdir».

Qeyd edək ki, adıçəkilən qurum Yanukoviçlə yanaşı, Ukraynanın keçmiş baş naziri Nikolay Azarova da Rusiya vətəndaşlığının verildiyi və Moskvanın hər iki şəxsi himayə etdiyi barədə məlumat yayıb.