Moskva ukraynalı pilot Nadejda Savçenkonu Kiyevə ekstradisiya etməyə hazırlaşır.
Strateq.az bildirir ki, vəkil Mark Feyqin bununla bağlı məlumat verib. Onun sözlərinə görə, Savçenko onun Ukraynaya təhvil verilməsi üçün lazım olan bütün sənədləri doldurub.
“Nadejda tərcüməyi-halını, bir sıra sorğuları və cəzasını Ukraynada çəkməyə razı olduğu barədə razılıq sənədini imzalayıb”,- deyə vəkli vurğulayıb.
Qeyd edək ki, N. Savçenko Donbasda hərbi əməliyyatlar zamanı girov götürülüb. Məhkəmə ona 22 il həbs cəzası çəkib.