XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2016 - 20:23

Ştaynmayer:"Əsəd Suriyanı xarabalığa çevirir»

Almaniya hökuməti Əsəd qüvvələrini Suriyada barışığı pozmaqda ittiham edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Hələbdəki xəstəxanaya edilən və 27 nəfərin ölümünə səbəb olan hava hücumunu sərt şəkildə qınayıb.

Alman rəsmilərin fikrincə, aprelin 28-də baş verən bu hava hücumunu Bəşər Əsədin nəzarətində olan qüvvələr həyata keçirib: «Suriya hökuməti qərar verməlidir – əldə edilmiş razılığa əməl edəcək, yoxsa ölkəsini xarabalığa çevirməyə davam edəcək?!».

Ştaynmayer məlum hava hücumunu insan haqlarının kobud pozuntusu adlandırıb. Onun fikrincə, bu cür hərəkətlər münaqişənin siyasi həllinə böyük zərər vurur.

Hökumət rəsmilərindən Ştefan Zaybert isə baş verənləri dinc əhalinin qətlinə hesablanmış məqsədli plan adlandırıb: «Bizə çatan məlumatlar göstərir ki, hava zərbəsini Əsədin nəzarətindəki qüvvələr həyata keçirib».