XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2015 - 05:44

Yaxın Şərqdə vəziyyət dəyişir – Yeni ittifaq

“Hazırkı məqamda İran-İraq-Suriyanı iki əsas amil birləşdirir”.

Bu barədə Axar.az-a politoloq Fərhad Mehdiyev açıqlama verib. Mövcud situasiyada İran-İraq-Suriya ittifaqını şərh edən politoloq işin kökündə iki mühüm amilin dayandığını bildirib: “Birincisi, şiəlik amili, ikincisi İŞİD təhküləsidir. Bilirik ki, İŞİD-çilər şiə və ələvilərin həyat hüququnu əllərindən alaraq onları qətlə yetirirlər. İranda rəsmi olaraq bu məzhəb var, İraqda da hazırda hökumət şiələrin əlində cəmləşib. Yəni hazırkı geosiyasi şəraitdə bu üçlüyün birləşərək Əsədə dəstək verməsi başadüşüləndir. İki il bundan əvvəl Suriyada müxalifətin əsas hissəsini İŞİD-çilər təşkil etmirdi. Bu gün isə qarşılaşdığmız mənzərə tamamilə fərqlidir. İndi bu ölkədə müxalifətinin əsas hissəsi İŞİD-çilərdir. Burada söhbət təbii ki, Əsədə qarşı döyüşənlərdən gedir. Liberal cəbhədə olan müxalifət artıq xeyli marjinallaşıb. Qərb ölkələrinin kifayət qədər dəstək verməməsi bunların silah, maddi cəhətdən zəif düşməsinə gətirib çıxardı, nəticədə də İŞİD-ə qoşuldular”. F.Mehdiyev sözügedən ittifaqın qurulmasında siyasi amillərin olması ehtimalına da aydınlıq gətirib: “Yaxın Şərqdə müəyyən qruplaşmaların mövcudluğu müşahidə edilir. Mövcud şəraitdə İraqın dəstək və müttəfiq ola biləcəyi ölkə yalnız Suriya və İrandır. çünki Yəmən, Qətər, Bəhreynə baxsaq, bu ölkələrin daha çox Səudiyyənin yönləndirdiyi koalisiyada təmsil olunduğunu görərik. Bunlardan hər ikisinə bərabər məsafədə qalmağa çalışan isə Misirdir. Belə baxanda Misir də regional gücdür. Bu da onunla bağlıdır ki, Misirin öz daxilində vəziyyət olduqca qarışıqdır”. Qeyd edək ki, ən son məlumata görə İran Suriyaya 15 min döyüşçü göndərib.