İran parlamentinə seçkilərin ikinci turu haqda ilkin qeyri-rəsmi məlumat prezident Həsən Ruhanini dəstəkləyən “islahatçılar”ın və mötədil mühafizəkarların qələbəsindən xəbər verir.
Strateq.az İran KİV-ə istinadən bildirir ki, “islahatçılar” seçkilərin ikinci turunda parlamentdəki 68 yerdən 34-ü əldə ediblər. Mühafizəkarlar 22, digərləri 12 yer qazanıblar.
Rəsmi nəticələr sonralar elan ediləcək.