XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

30 Aprel 2016 - 11:24

Yaponiyada G7 ölkələrinintoplantısı keçirilir

Yaponiyanın qərbində yerləşən Takamatsu şəhərində aprelin 29-da G7 ölkələrinin informasiya və rabitə nazirlərinin ikigünlük toplantısı başlayıb.

Toplantı yeni internet texnologiyaların iqtisadi inkişafda istifadəsi məsələlərinə həsr olunub.

G7 ölkələri liderlərinin gələn ay İse-Şimada keçiriləcək sammiti ərəfəsində təşkil olunan toplantıya Yaponiyanın ümummilli məsələlər, yerli muxtariyyət və rabitə naziri xanım Sanae Takaiti sədrlik edir.

Nazirin sözlərinə görə, hazırda sosial və iqtisadi sahələrdə fundamental yeniliklərə təkan verən yeni internet-texnologiyalar yaranmaqdadır. S.Takaiti ümidvar olduğunu bildirib ki, toplantıda belə texnologiyalardan bəşəriyyətin inkişafı üçün daha faydalı istifadənin yolları müzakirə olunacaq(azərtac).