“Mən ABŞ-ın prezidenti olsaydım Obamadan daha yaxşı işləyərdim”.
Strateq.az bildirir ki, bu sözləri Avstraliyada səfərdə olan məşhur Hollivud aktyoru Arnold Şvarsnegger deyib.
“Mən əgər Amerika doğumlu olsaydım prezidentliyə namizədliyimi irəli sürərdim. Niyə də yox? Mən Ağ Evdə işləyən indiki uşaqlardan daha yağşı çalışardım”-deyə Şvarsnegger əlavə edib.
Məşhur aktyor Avstraliyaya yeni “Terminator Genezis” filminin təqdimat mərasiminə gəlib. Filmin premyerası 25 iyulda olacaq.