XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2016 - 18:42

Türkmənlərin qəsəbəsiİŞİD-dən azad edildi

isid-44

İraqda türkmənlərin yaşadığı Əl-Bəşir qəsəbəsi İŞİD-dən azad edilib.

İraqın “Almada Press” agentliyinin verdiyi məlumata görə, şiə könüllülər, türkmən bölükləri və kürd peşmərgələr Kərkükün cənubunda yerləşən Əl-Bəşir qəsəbəsini İŞİD-dən azad edib.

Əməliyyat zamanı ən azı 60 terrorçu öldürülüb. İŞİD məhz bu qəsəbədən qonşuluqda yerləşən Taz şəhərinə zəhərli mərmi başlıqları ilə zərbələr endirib. Nəticədə yüzlərlə insan xəsarət alıb, 3 uşaq həyatını itirib.(APA)