XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2016 - 10:37

Mərkəzi Kəşfiyyat İdarəsi:“Biz İŞİD və əl-Bağdadini məhv edəcəyik”

 

mki

İŞİD terror qruplaşmasının lideri Əbu-Bəkr əl-Bağdadinin aradan götürülməsi təşkilatın məhv edilməsi yolunda önəmli addım olardı.

BBC-nin verdiyi məlumata görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Con Brennan bəyan edib.

“Əl-Bağdadini zərərsizləşdirməklə İŞİD-ə böyük zərbə vurmuş olardıq. O çox vacibdir. Şübhə etmirəm ki, biz İŞİD və əl-Bağdadini məhv edəcəyik. İnsanları dəhşətli cinayətlərə təhrik edən təşkilat rəhbərlərini neytrallaşdırmaq gərəkdir. Düşünürəm ki, İŞİD ümumiyyətlə bir fenomendir və uzun illər bizə problem yaratmaqda davam edəcək. Bu sırf təşkilat deyil, təzahürdür. Biz bunu Suriyavə İraqla yanaşı Liviya, Nigeriya, digər ölkələrdə də görürük”, deyə C.Brennan bildirib.

Qeyd edək ki, mayın 2-də “Əl-Qaidə” təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsindən 5 il ötür.