XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

02 May 2016 - 10:59

Məkkədə fəhlə qiyamı:Avtobuslara od vuruldu

 

mekke avto

Səudiyyədə hakimiyyət orqanları Bin Laden ailəsinə məxsus şirkətin 7 avtobusunun yanması ilə bağlı araşdırmaya başlayıb.

Yerli media xəbərlərində avtobuslara aylardır maaşlarını ala bilməyən fəhlələr tərəfindən od vurulduğu ehtimal edilir. Şirkətə məxsus minik avtomobillərinin pəncərələri də sınıq-sınıq edilib.

Səudiyyə polisinin sözçüsü Nayaf Şarif yanğın basqının işçilərin yaşadıqları ərazidə baş verdiyini təsdiq edib. O hadisə zamanı heç kəsin xəsarət almadığını bildirib.

Bundan əvvəl Səudiyyə mətbuatı yazırdı ki, ölkənin ən böyük şirkətlərindən biri olan Bin Laden Group iqtisadi böhranla bağlı 200 min işçisindən 50 minini ixtisar etməyi planlaşdırır.

Bu şirkətdə işçilər azı dörd aydır ki, maaşlarını ala bilmirlər. Xəbər verilir ki, şirkətin əsas müştərisi olan hökumət maaşların verilməsini dayandırmış və layihələri ləğv etmişdi.

Avtobusların yanmasından əvvəl şirkətin Riyaddakı inzibati binası qarşısında işçilərin etiraz aksiyası keçirilirdi. Səudiyyənin əl-Vətən qəzeti yazır ki, işdən azad edilənlərin demək olar hamısı əcnəbi işçilərdir. Onların ölkədən çıxmasına birdəfəlik çıxış vizası verilsə də, işçilər getmək istəmirlər, çünki bu halda maaşlarını ümumiyyətlə ala bilməyəcklərindən ehtiyat edirlər. Şirkətin ödənməyən maaşlar və müxtəlif məhkəmə çəkişmələri ilə bağlı borcunun 30 milyard dollara çatdığı xəbər verilir.

Üstəlik ötən il Bin Laden şirkətinə məxsus kranın aşaraq Məkkədə 107 nəfərin ölümünə səbəb olmasından sonra ona verilmiş tenderlər ləğv olunub.

Bin Laden qrupu əl-Qaedanın mərhum lideri Osama bin Ladenin atası Muhammad bin Laden tərəfindən təsis edilib.