Ötən ilin martında Tokioya səfəri zamanı Almaniya kansleri Angela Merkel Yaponiyaya NATO-ya üzv olmağı təklif edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın «The Japan News» qəzeti məlumat verib.
Nəşrin yazdığına görə, həmin vaxt Merkel bununla bağlı baş nazir Sindzo Abe ilə söhbət aparıb və Britaniya baş naziri ilə, Fransa prezidentini razı sala biləcəyini deyib.
Yapon baş nazir isə ölkəsinin bu məsələyə gələcəkdə baxa biləcəyini istisna etməyib.
Qeyd edək ki, Yaponiya hər hansı hərbi blokda təmsil olunmur.