XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 10:00

“Bizim Rusiyadan gözləntilərimiz hələ də tükənməyib” –Armen Aşotyan

ermenistan-parl-1

"Bizim Rusiyadan gözləntilərimiz hələ də tükənməyib".

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın hakim Respublika Partiyasının vitse-sədri Armen Aşotyan söyləyib.

Onun sözlərinə görə, Ermənistanda yaradılan anti-Rusiya hərəkatı qeyri-səmimidir:

“Biz Rusiyanın içində olduğu struktura daxil olmuşuq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olanda biz bu ölkələrin ümumilikdə hamısına ümid etmirdik. Gözləntilərmiz beynəlxalq imkanlarımızla qarşılıqlı olmalıdır”.

Qeyd edək ki, Dördgünlük Qarabağ savaşında Azərbaycandan ağır zərbə alması İrəvanda siyasi situasiyanı kəskinləşdirib. Ölkədə Rusiya əleyhdarlarının sayı artıb. Ermənistan hökumətinin bəzi nümayəndələri də Moskvanı İrəvana lazımı dəstək verməməkdə günahlandırıblar(Axar.az).