XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 March 2015 - 06:02

Putin Krımın işğalından danışdı

“Məqsədimiz Krımı işğal etmək deyildi”

Картинки по запросу putin

Rusiya prezidenti Vladimir Putin “Krım. Vətənə yol” telefilmi üçün müsahibəsində bildirib ki, Krımın Rusiyaya birləşdirilməsi oranın sakinlərini millətçilərdən qorumaq məqsədilə həyata keçirilib.

Strateq.azın Rusiya KİV-ə isnadən verdiyi xəbərə görə, Putin deyib: “Mən bütün həmkarlarıma dedim ki, Ukraynada durum elə şəkil alıb ki, Krımın Rusiyanın tərkibinə qaytarılması üçün işə başlamağa məcburuq. çünki biz bu ərazini və insanları taleyin ixtiyarına buraxa, millətçilərin basqısı altına ata bilmərik”.

Prezidentin sözlərinə görə, Ukraynadakı çevrilişdən sonra Krımda qapalı sorğu keçirilib. Sorğu Krım əhalisinin 75%-inin yarımadanın yenidən Rusiyaya birləşdirilməsinin tərəfdarı olduğunu göstərib.

Putin qeyd edib ki, Moskvanın məqsədi Krımın işğalı deyil, “onun sakinlərinə bundan sonra necə yaşayacaqları barədə fikirlərini ifadə etmək imkanının verilməsiydi”.