XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 15:59

Səddam Hüseyinin məşhur xristian naziri öldü

tarikeziz.jpg

Bu gün sabiq İraq diktatoru Səddam Hüseynin ən yaxın silahdaşlarından biri, ölkənin keçmiş baş nazir müavini Tarix Əziz 79 yaşında vəfat edib.

Tarix Əziz 1936-cı ildə Mosulda doğulub. Səddam Hüseynlə gənc yaşlarında tanış olub. 1979-cu ilə qədər bir sıra vəzifələrdə çalışıb. 1979-cu ildə isə Baş Nazirin müavini vəzifəsinə gətirilib. 2003-cü ilə – Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri İraqa daxil olana qədər bu vəzifədə çalışıb. 2010-cu ildə İraq Cəza Məhkəməsi tərəfindən keçmişdə dini partiyalara qarşı həyata keçirdiyi basqılara görə, edam cəzasına layiq görülüb. Lakin səhhətində olan problemlər səbəbindən, edam cəzası aradan qaldırılıb.

O, Səddam Hüseyn komandasının ən uzunömürlü üzvü olmaqla bərabər, bu komandanın yeganə xristian nümayəndəsi idi.

Strateq.az