XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 18:09

Prezidentin istefası üçün2 milyona yaxın imza toplandı

Venesuelada prezident Nikolas Maduronun istefası üçün 2 milyona yaxın imza toplanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, müxalifət imzaları ölkədə ümumxalq referendumunun keçirilməsi tələbilə Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Referendumda Maduronun impiçment elan olunması barədə qərar qəbul oluna bilər.

Müxalifət partiyalarının koalisiyası – Demokratik Birlik Bloku bəyan edib ki, imzaların sayı referendumun keçirilməsi üçün tələb olunan rəqəmdən 9 dəfə çoxdur. Blok bu imzaları prezidentin istefasına gedən yolda ilk addım adlandırıb.
 
Yerli qanunlara görə, referendum üçün ilkin mərhələdə 189 min, ikinci mərhələdə isə 4 milyon səs lazımdır.

Qeyd edək ki, neft qiymətlərinin ucuzlaşma Venesuela iqtisadiyyatında ciddi böhran yaradıb. İlin əvvəlində Nikolas Maduro ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib.