XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 18:41

Gürcülərin sayı azalır- Ölkədə demoqrafik böhran yaşana bilər

gurcustan

Gürcüstanda demoqrafik vəziyyət pisləşib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, son 13 ildə Gürcüstan əhalisinin sayında 15 faizlik azalma olub.

Bu barədə yerli jurnalistlərə Demoqrafiya Fondunun rəhbəri Tamar Çiburdanidze məlumat verib. Onun sözlərinə görə, bu templə gedərsə, 2050-ci ildə demoqrafik böhran yarana bilər.

Fondun apardığı araşdırmalara görə, Gürcüstan əhalisinin sayı bütün regionlar üzrə azalır. Yalnız ölkə əhalisinin yarısının yaşadığı paytaxt Tiflisdə vəziyyət sabitdir.

Gürcüstan Statistika Departamentinin məlumatına görə, hazırda əhalinin sayı 3 milyon 800 minə yaxındır. 2002-ci ildən 2015-dək əhalinin sayı 641 min 900 nəfər azalıb.