Edam Xoija şəhərində baş verib
Strateq.az xarici informasiya agentliklərinə isnadən xəbər verir ki, “İslam dövləti” qruplaşmasının döyüşçüləri 20 nəfəri asıblar.
Qeyd olunur ki, “cihadçılar” İraqın şimal əyaləti Kirkukda onlara qarşı vuruşmaq niyyətində olan adamları edam ediblər. Yerli polis və məmurlar bildiriblər ki, edam Xoija şəhərində baş verib. Kütləvi edam islamçıların yayımladığı fotoşəkillərlə təsdiq olunur.