XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 16:44

Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir

bayden defn.jpg

ABŞ-ın vitse-prezidenti Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir.

“Report” Amerikanın Səsinə istinadən xəbər verir ki, Delaver ştatının baş prokuroru Bo Bayden keçən həftə 46 yaşında beyin xərçəngi səbəbi ilə dünyasını dəyişib.

Ailəsinin müşayiəti ilə ABŞ prezidenti Barak Obama da mərasimdə iştirak edir.

ABŞ-ın sabiq prezidenti Bill Klinton xanımı, sabiq dövlət katibi Hillari Klinton, İraqdakı qüvvələrin sabiq baş komandanı, general Rey Odierno və digər yüksək səlahiyyətli nümayəndələr son ethramlarını bildirmək üçün mərasimə qatılıb. Yerli katolik kilsəsinə mindən artıq insan toplaşıb.

Bo Baydenin cənazəsi ictimaiyyətin vidalaşması üçün 3 gün Delaver ştatının Senatında qoyulub. Hər gün onunla vidalaşmaq üçün insanlar növbələrə dayanıb.

Co Baydenin birinci həyat yoldaşı və qızı avtomobil qəzasında həlak olub.