XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

04 May 2016 - 17:09

Rusiyada “işə gəlməyən” deputatlarınmandatı alınacaq

duma

Rusiya prezidentinin imzaladığı yeni qanuna əsasən bir ay ərzində vəzifələrini icra etməyən millət vəkilləri vaxtından erkən səlahiyyətlərindən məhrum oluna bilər.

Mandatdan məhrum etmək təklifini parlament üzvünün məxsus olduğu fraksiya və yaxud da komitə irəli sürə bilər, hökumət portalında dərc olunmuş sənəddə deyilir.

Deputatın səlahiyyətlərinın dayandırılması barədə qərar Dövlət Duması tərəfindən qəbul olunur.

Aprelin 22-də “Ədalətli Rusiya” fraksiyasının hazırladığı qanun lahiyəsini parlamentin aşağı palatası dəstəkləyib.

Bundan 5 gün keçmiş lahiyə yuxarı palatanın təsdiqini qazanıb.

Qanun mayın 3-də qüvvəyə minib.

BBC