XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 İyun 2015 - 19:47

“Putinin ağzı” şərt qoydu: “Əvvəlcə Avrasiya İttifaqına girin, sonra Qarabağ…”

duqin.jpg

“Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olarsa, o zaman Qarabağ mövzusu tamam ayrı anlam qazanacaq, necə ki, Türkiyə və Yunanıstan NATO-ya üzv olandan sonra Şimali Kipr məsələsi başqa məna qazandı”.

Bu barədə “Beynəlxalq Avrasiya Hərəkatının” lideri, Kremlin “danışan dil”lərindən sayılan Aleksandr Duqin erməni KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda Rusiya mediasına müsahibəsində söylədiyi “Azərbaycan Avrasiya birliyinə üzvlük haqda Dağlıq Qarabağ problemi nizamlanandan sonra fikirləşə bilər” şərtinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məhz o halda Dağlıq Qarabağ məsələsində real tərəqqi başlaya bilər: “Yalnız bir məqamı deməliyəm ki, Azərbaycan tərəfdən belə bir şərt qoyulması ki, əvvəlcə Qarabağ problemini nizama salın, sonra biz üzv olarıq, doğru yanaşma deyil. Əksinə, məhz Azərbaycanın Avrasiya İqtisadi Birliyində olması Qarabağ məsələsinin həlli üçün şərait yetişdirə bilər. Yəni ardıcıllıq belə olmalıdır – öncə Avrasiya Birliyinə üzv olmaq lazımdır ki, Qarabağ məsələsi çözülsün. Konfliktin həlli üçün yeganə variant – Avrasiya platformasına keçməkdir. Əgər bu baş verməsə, Qarabağ münaqişəsi ümumiyyətlə, yoluna qoyulmayacaq, yeni qanlar axacaq, yeni müharibələr olacaq”.

Rusiyalı politoloq bir daha xüsusi vurğulayıb ki, “Azərbaycan Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra Avrasiya İqtisadi Birliyinə üzv olmayacaq, əksinə, Azərbaycan üzv olandan sonra Qarabağ konflikti həllini tapa bilər”.

musavat.com