XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 03:11

ABŞ prezidentliyi uğrunda yarışda daha bir namizəd geri çəkildi –Tramp rəqibini gözləyir

keysk-1

Ohayo ştatının qubernatoru Con Keysik ABŞ prezidenti postu uğrunda mübarizəni rəsmi olaraq dayandırıb.

APA-nın CBS News-a istinadən verdiyi məlumata görə, Respublikaçılar partiyasının təmsilçisi müvafiq bəyanatla çıxış edib.

Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasının daha bir namizədi, senator Ted Kruz mübarizəni dayandırıb. Beləliklə, seçkiqabağı kampaniyanın lideri Donald Tramp prezidentlik uğrunda mübarizədə partiyanın yeganə təmsilçisi olacaq.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.