XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2015 - 03:00

Ikiqat olimpiya çempionu yol qəzasında ölüb

Rusiyanın qılıncoynatma üzrə ikiqat olimpiya çempionu 41 yaşlı Sergey Şarikov yol qəzasında ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Qılıncoynatma Federasiyasının mətbuat katibi Yelena Qrişina bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya nümayəndə heyəti tam tərkibdə Avropa çempionatının keçirildiyi Montredədir (İsveçrə) və Şarikovun ölümü haqqında məlumatı ona Moskva Qılıncoynatma Federasiyasının vitse-prezidenti Viktor Rodionov bildirib.

Sergey Şarikov Rusiyanın qılıncoynatma üzrə əməkdar idman ustası olub. Rusiya yığmasında 1994-2004-cü illərdə çıxış edib. 1996-cı və 2000-ci illərdə olimpiya çempionu olub. Sergey Şarikov dəfələrlə dünya və Avropa çempionu olub. O, Rusiya Qılıncoynatma Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Federasiya prezidentinin müşaviri vəzifəsində çalışıb.