XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 12:40

Rza Zərrab ittihamları rədd edir- Məhkəmənin vaxtı məlum oldu

Bir müddət əvvəl ABŞ-da həbs olunan türk iş adamı Rza Zərrabın işi üzrə növbəti məhkəmə prosesinin vaxtı məlum olub. 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkili Benjamin Brefman prosesin iyunun 16-da keçiriləcəyini bildirib.

Vəkilin sözlərinə görə, Zərrab ona qarşı irəli sürülən ittihamları rədd edir və təqsirsiz olduğunu bildirir.

«Çirkli pulların yuyulması», ABŞ əleyhinə və İranın lehinə «embarqo»ların yarılması da daxil olmaqla 5 ayrı maddə üzrə ittiham olunan Zərrab 75 il azadlıqdan məhrum oluna bilər. 

İttiham aktında işlə əlaqəsi olan daha 6 nəfərin adı çəkilir. Lakin Zərrabın həbsinə sanksiya verən Nyu-York Cənub dairəsi federal prokuroru Prit Bharara hələ ki bu adların qapalı qalmasına qərar verib.

Hələlik açıqlanan odur ki, işə daha üç ölkə cəlb olunub – ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə. İstintaq adıçəkilən ölkələrdən zəruri hesab etdiyi məlumat və sənədləri tələb etmək hüququna malikdir.