XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 13:30

Davudoğlunun istefası xəbəritürk lirəsini çökdürdü

Davudoglu

Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra türk lirəsi ABŞ dollarına nisbətən kəskin ucuzlaşıb.

Türkiyənin milli valyutası dollara qarşı 3,9% zəifləyib ki, bu da 2008-ci ildən etibarən ən kəskin ucuzlaşmadır.

Buna baxmayaraq, bu gün lirə 1% bahalaşıb.

Bəzi KİV-in verdiyi xəbər əsasən, Türkiyənin hakim Ədalət və inkişaf partiyası yaxın 15 gün ərzində qurultay keçirəcək. Qurultayda partiyanın yeni lideri seçiləcək. Bildirilir ki, hazırkı baş nazir öz namizədliyini irəli sürməyəcək.

Ekspertlər hesab edir ki, Ə. Davudoğlunun istefası ölkədə siyasi gərginlik yarada, kapital axınını sürətləndirə bilər(apa).